Olimpiada
16.11.2017-ci ildə məktəbimizdə istedadlı şagirdlərin aşkar edilməsi, şagirdlərin fənlərə olan marağının artırılması, şagirdlərin öz bilik və bacarıqlarının nümayiş etdirmələrinə imkanı, onlar arasında sağlam rəqabət , yarış mühitinin yaradılması, onlarla gələcəkdə məqsədyönlü layihələrin həyata keçirilməsi məqsədi ilə məktəbdaxili olimpiada keçirildi. Olimpiada Azərbaycan və rus bölmələri üzrə IX-XI siniflərdə ana dili, ingilis dili, riyaziyyat, informatika, tarix, fizika, kimya, biologiya, coğrafiya, fənlərindən keçirildi. Təqdim olunan suallar məktəb proqramına uyğun tapşırıqlarla yanaşı məntiqi təfəkkürü, analiz qabiliyyətini və qeyri-standart düşünməni tələb edən mövzularda idi.