Ümumrespublika yaşıllaşdırma marafonu

Binəqədi rayonunda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində növbəti iməcliklər və ağacəkmə aksiyaları keçirilib. 
Məlumat üçün bildirək ki, aksiya Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması istiqamətində çoxsaylı tədbirlər və layihələr həyata keçirilir. Bu aksiyanın Binəqədi rayonunda geniş şəkildə keçirilməsi ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının 8 sentyabr 2017-ci il tarixli 202 saylı sərəncamı imzalanmışdır. 
Sərəncamın icrası ilə əlaqədar olaraq aksiyalar rayon əraizisində davam etdirilir. Belə ki, Binəqədi qəsəbəsində gül, bəzək kolları və ağaclar əkilmişdir. 
Aksiya iştirakçılarına “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində keçirilən iməclik haqqında məlumat verilimiş və bildirilmişdir ki, dövlət başçısı cənab İlham Əliyevin diqqət ayırdığı sahələrdən biri kimi yaşıllıq sahələrinin genişləndirilməsi işinin Binəqədi rayonunda da uğurla həyata keçirilir.Binəqədi qəsəbə bələdiyyəsinin iştirakı ilə məktəbimizin rəhbərliyi, müəllim və şagird kollektivi də bu aksiyada fəal iştirak etmişdir. 
Aksiya zamanı ümumilikdə 1000-dən çox gül və ağac əkilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi