Bayraq Günü
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.Azərbaycan Respublikasının dövlət bayrağından istifadə müstəqil Azərbaycan Respublikası Konstitusiyasının 23-cü və 75-ci maddələri, “Azərbaycan Respublikasnın Dövlət bayrağı haqqında” Azərbaycan Respublikasının Qanunu, eləcə də, həmin Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” əsasında tənzimlənir. Azərbaycan Respublikasının Dövlət bayrağının rəngli və sxematik təsviri adı çəkilən Qanun və Əsasnamə ilə təsdiq edilmişdir.Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.Bu gün məktəbimizdə 8b sinif şagirdi Etika Akademiyasının məktəbdəki üzvi İsmayılzadə Ləmanın təşəbbüsü və təşkilatçılığı ilə 9 noyabr “Dövlət Bayrağı Günü” münasibəti ilə tədbir keçirildi. Himnimizin səsləndirilməsi ilə başlayan tədbirin aparıcıları 8b sinif şagirdləri Əliyeva Gövhər və Qasımzadə Fikrət idi. Şagirdlərin ifasında Hüseyn Cavid və Əhməd Cavadın bayrağa həsr etdikləri şeirlər səsləndi. 8b sinif şagirdi Məmmədov Şamilin qarmonda və 10ç sinif şagirdi Səlimov Aminin nağarada təqdim etdikləri musiqi nömrəsindən sonra məktəbimizin istedadlı şagirdlərinin bayrağımıza həsr etdikləri seir və qısa hekayələri maraqla qarşılandı. Yüzbaşova Ətrabənin ifa etdiyi “Türkün Bayrağı” adlı mahnısından sonra “Vətən sağ olsun!” adlı səhnəciklə tədbir yekunlaşdı. Sonda xatirə şəkli çəkildi.