"Anamın kitabı" pyesinə tamaşa
Azərbaycan Respublikası Təhsil naziri Mikayıl Cabbarovun 16 dekabr 2014-cü il tarixli əmrinə əsasən ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı məktəbimizdə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesinin VI və VII siniflərdə oxusu keçirildi və bununla əlaqədar olaraq 29 oktyabr 2017-ci il tarixində ingilis dili müəllimi Əmrahova Mehparənin təşəbbüsü ilə VI və VII siniflərin Akademik Milli Dram Teatrında təqdim olunan C. Məmmədquluzadənin “Anamın kitabı” pyesinin tamaşasına baxış təşkil olunmuşdu. Müəllifin “Anamın kitabı” rəmzi adını verdiyi bu kitab əslində vətənin kitabıdır. Kitabda ata öz övladlarına ana ətrafında birləşməyi vəsiyyət edir. XX əsrin əvvəllərində qələmə alınan bu dram əsərinin əsas ideyası vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışıdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur. Müəllifə görə, nicat yolu kiminsə, hansı dövlətinsə ağuşuna atılmaq yox, vətən ideyası ətrafında birləşməkdədir. Cəlil Məmmədquluzadınin “Anamın kitabı” pyesi yüksək ideyasına və dərin məzmununa görə bu gün də böyük tərbiyəvi əhəmiyyət daşıyır, şagirdləri maariləndirməklə yanaşı onların dünyaya baxışlarını formalaşdırır. Şagirdlər pyesi çox maraqla izlədilər.