Monitorinq
3 noyabr 2017-ci il tarixində məktəbimizdə II-IV və X siniflər üzrə monitorinqlər keçirildi. II-IV siniflərdə ana dili fənni üzrə keçirilən monitorinqin məqsədi ibtidai sinif şagirdlərinin dinləmə anlama və yazı vərdişlərinin yoxlanılması idi. Bununla yanaşı X siniflərdə təmayül qruplar üzrə müxtəlif fənlərdən sınaq qiymətləndirilmə aparıldı. Belə ki, texniki təbiət təmayüllü 10a sinfində ana dili, riyaziyyat, kimya, biologiya,fizika,ingilis dili, humanitar təmayüllü 10b sinfində ana dili, riyaziyyat, ümumi tarix, Azərbaycan tarixi, ədəbiyyat, ingilis dil, texniki riyaziyyat-iqtisadiyyat təmayüllü 10c sinfində ana dili, riyaziyyat, kimya, tarix, fizika, coğrafiya, ingilis dili fənləri üzrə sınaq qiymətləndirmə aparıldı, 10ç sinfində isə ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinq keçirildi. Məqsəd tədrisin keyfiyyətinin öyrənilməsi, müəllimlərdə səriştə, bacarıq, cavabdehlik və məsuliyyətin artırılması idi. Şagirdlər verilən fənlər üzrə sualları müəyyən edilmiş vaxt ərzində cavablandırdılar.