Yeni Azərbaycan Partiyası Azərbaycanın işıqlı gələcəyidir

Binəqədi Mərkəzi Mədəniyyət evində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə “Yeni Azərbaycan Partiyası Azərbaycanın işıqlı gələcəyidir” adlı Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi qəsəbə Bələdiyyəsi, Binəqədi Mərkəzi Mədəniyyət evi, 179, 182 və 205 saylı tam orta məktəblərin birgə təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva, YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, YAP Binəqədi rayon Təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva və Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva iştirak etdilər.Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlandı.Məktəbimizin şagirdləri Şahbazov Nəcəf və Novruzova Mehin tədbirin aparıcıları olaraq tədbiri açıq elan etdilər.Daha sonra Yeni Azərbaycan Partiyasının və Azərbaycanın müstəqillik tarixini əks etdirən qısa xronometrajlı film təqdim edildi.Sonra ədəbi-bədii kompozisiya təqdim edildi. 9f sinif şagirdləri Abıyeva Xəyalə, Əhədova Səbinə, Səfərova Məxmər, 8a sinif şagirdi Hüseynov Samir,9b sinif şagirdi Zülfüqarova Ləman, 4a sinif şagirdi Abbasova Bahar, 3d sinif şagirdi Əsgərova Aysun,3b sinif şagirdi Niftəliyev Rəfailin ifasında vətənə həsr olunmuş müxtəlif şeirlər səsləndirildi.Bədii proqram başa çatdıqdan sonra tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov tədbir iştirakçılarını salamladı və partiyanın keçdiyi uğurlu yoldan danışdı.Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva Partiyanın yaranmasının 25 illiyi münasibəti ilə bütün tədbir iştirakçılarını təbrik etdi.Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Aygün Əliyeva rəsm müsabiqəsinin qalibi Abdullayeva Simuzər, bədii qiraət müsabiqəsinin qalibi Abıyeva Xəyalə və inşa müsabiqəsinin qalibi Əhmədova Fatiməni diplomlarla təltif etdilər.Sonda tədbir “Şahinlər” komandamızın müşayiət etdiyi Azərbaycanın səsi müsabiqəsinin laureatı Tural Mehrinin ifası ilə başa çatdı.