Bayraqları bayraq edən üstündəki qandır

2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmişdir. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub.1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin"MəktəbimizdəBinəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bayraq Gününə həsr olunmuş “Bayraqları bayraq edən üstündəki qandır” mövzusunda silsilə tədbirlərin məktəb mərhələsi keçirildi. Rəsm müsabiqəsində şagirdlər dövlət atributumuz olan bayrağımızı əks etdirən rəsmlərdə ona olan sevgilərini nümayiş etdirdilər.4e sinif şagirdi Əzizov Nicatın çəkdiyi rəsm hər kəs tərəfindən bəyənildi. Daha sonra keçirilən qiraət müsabiqəsində şagirdlər bayrağımızla bağlı söylədikləri şeirləri daha ürəkdən və sevə-sevə söyləyirdilər.4a sinif şagirdi Nağıyeva Nurayın, 6d sinif şagirdi Nəsibzadə Ayxanın və 9f sinif şagirdi Əhədova Səbinənin söylədikləri şeirlər diqqətəlayiq oldu. Bununla da onlar vətənə, bayrağa, dövlətimizə olan sonsuz sevgi və hörmətlərini nümayiş etdirdilər. Bütün bunlarla yanaşı “Bayraqları bayraq edən üstündəki qandır” adlı inşa müsabiqəsi keçirildi. Müsabiqəyə həvəslə qatılan şagirdlər vətənə, bayrağa olan sonsuz məhəbbətlərini ağ vərəqlərə köçürdülər.4a sinif şagirdi Cəfərova Aişənin, 8b sinif şagirdi Yüzbaşova Ətrabənin və 10b sinif şagirdi Fətullayeva Gülnarənin yazdıqları inşalar xüsusilə fərqlənidi. Üç nominasiya üzrə keçirilən müsabiqələrdə seçilən şagirdlər növbəti mərhələyə - rayon turuna keçid aldılar. Biz vətənpərvər ruhda böyüyən gənc nəslimizlə fəxr edirik və inanırıq ki, üçrəngli bayrağımız daim zirvələrdə dalğalanacaq. Əzmlə irəli 179!!!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi