Monitorinq

Bu gün məktəbimizdə 9-cu siniflərdə Azərbaycan dili və riyaziyyat fənləri üzrə monitorinq keçirildi. Məqsəd şagirdlərin bilik səviyyəsinin yoxlanılması və qarşıdan gələn buraxılış imtahanlarına hazırlıqdır. Monitorinqin keçirilməsinin üstünlüyü odur ki, şagirdlər imtahanın məsuliyyətini dərk edir və gündəlik dərslərinə eyni məsuliyyətlə yanaşırlar, onların inkişaf dinamikası izlənilir,müəllimləin gələcək işlərində istiqamətləri daha da dəqiqləşdirilir.