Məktəb kitabxanaları həyata giriş qapılarıdır

Kitabı uşaqlara ən yaxşı tanıdan məktəb bir də onun kitabxanasıdır. Burada ayrı-ayrı fənnlərə aid əlavə materialları, tarixə, ədəbiyyata dair müxtəlif kitabları, ensiklopediyaları, bir sözlə axtarılan sualların əksəriyyətinə cavab verəcək mənbələri tapmaq mümkündür.Təsadüfi deyil ki, 1999-cu ildə UNESCO-nun təşəbbüsü ilə oktyabrın 4-cü həftəsinin bazar ertəsi günü Dünya Məktəb Kitabxanaları Günü kimi təsis edilmişdir. Belə bir günün qeyd olunacağını Beynəlxalq Məktəb Kitabxanaları Assosiasiyasının Prezidenti Blanş Vulz bəyan etmişdir. 2008-ci ildən etibarən isə bu gün bir aylıq silsilə tədbirlərlə qeyd edilir. Bu isə hər bir məktəb kitabxanasına aylıq çərçivəsində ən münasib tarixi seçərək bayramı qeyd etməyə imkan verir.Bu günlə əlaqədar məktəbimizdə kitabxananın rəhbərliyi ilə tədbir keçirildi. 6b və 6ç sinif şagirdləri arasında yarış tipli keçirilən tədbir dövlət himni ilə başladı. Kitabxanalar haqqında qısa süjetdən sonra məktəbin direktoru A.M.İsmayılova çıxış etdi. Daha sonra siniflər arasında yarışmaya start verildi. 9 bal toplayan 6b sinfi 1 bal fərqi ilə yarışmanın qalibi oldu. XI sinif şagirdləri Süleymanov Mirqafarın və Cəfərov Zaurun birgə hazırladıqları kitabxana və kitab mütaliəsi ilə bağlı müsahibəsi nümayiş etdirildi. Tədbir qaliblərin mükafatlandırılması ilə yekunlaşdı.