Vətənin müdafiəsinə hazıram!
Binəqədi Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirildi.Keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə rəisi, polkovnik Yusif Mirzəyev, SHXÇDX-nin rayon idarəsinin rəisi Novruz Rəhimov, RİH Aparatının şöbə müdirləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, SHXÇDX-nin rayon idarəsinin əməkdaşları, rayon ərazisində yerləşən hərbi hissələrin əsgərləri, rayonun orta ümumtəhsil məktəblərinin direktorları və ibtidai hərbi hazırlıq müəllimləri, “Şahinlər” hərbi idman oyununun qalibləri, rayon ərazisində fəaliyyət göstərən İctimai birliklərin sədrləri və fəal gənclər iştirak etmişdirlər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunmuş və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Cocuq Mərcanlıya həsr olunmuş video rolik nümayiş olunmuşdur.Sonra tədbirdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İdarə rəisi polkovnik Yusif Mirzəyev, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri –Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli vətənpərvər ruhlu çıxışlar etdilər. Silahlı Qüvvələrimizin formalaşması müstəqil Azərbaycan dövlətinin memarı,ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır.Çıxışlardan sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tədbirin təşkilatçılığında əməyi keçən, yüksək təşkilatçılıq və dəstək göstərən Binəqədi Rayon İcra Hakimiyyətinə təşəkkürnamə, Şəhid Emin Bağırovun və Fəxrəddin Qurbanlının atasına Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə” mükafatlar təqdim edilmişdir.Təltiflərdən sonra bədii hissə ilə davam edən tədbirdə məktəbimizin istedadlı şagirdləri 3d sinif şagirdi Əsgərova Aysun “Siz ey super dövlətlərin başçıları” şerini, 4a sinif şagirdi Abbaszadə Bahar “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” şerini 244 nömrəli məktəbin şagirdi Aydan İlxaszadəni ifa etdiyi “Gəlin dönək evimizə” mahnı kompozisiyasının sədaları altında səsləndirmiş, şagirlərimiz Abiyeva Xəyalə “Şəhid anası” şerini,Həsənli Fəxri, Nəsibov Xəyal, Həsənov Şahin, Xalıqov Rəfail “Şəhidlər” kompozisiyasını təqdim etmiş, rayonun şəhidləri Emin Bağırovun və Fəxrəddin Qurbanlının obrazları canlandırmışlar. Tədbirin bədii hissəsinə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı yekun vurmuş və Azərbaycan bayrağı səhnədə açılaraq, tədbir atəşfəşanlıqla yekunlaşmışdır.