İnsan Hüquqları Günü
2017-ci il mayın 31-də 18 iyun “İnsan Hüquqları Günü” ilə əlaqədar olaraq məktəbimizin tarix müəllimi Fəridə Rüstəmlinin təşkilatçılığı ilə tədbir keçirildi. Tədbiri ön sözlə açıq elan edən Fəridə müəllim dövlətimizin insan hüquqları ilə bağlı siyasətindən, bu sahədə görülmüş mühüm işlərdən danışdı. O söylədi ki, insan hüquqlarının qorunmasının əsas təminatçısı müstəqil dövlətdir. “Azadlıq və müstəqillik hər bir xalqın milli sərvətidir”.(Heydər Əliyev) Daha sonra 10c sinif şagirdi Abdullayeva Nilufər, 8c sinif şagirdi Nəbizadə Aysun, 10b sinif şagirdləri Alıyeva Bəsti və Abbaszadə Ülkər “İnsan Hüquqları Günü” və onun tarixi barədə təqdimat etdilər. Yekun söz olaraq məktəbimizin direktoru Almaz xanım İsmayılova dövlətimizin xalqımıza, gələcəyimiz olan uşaqlara qayğısından danışdı və iştirakçılara öz təşəkkürünü bildirdi. Almaz xanım şagirdlərə əla qiymətlərlə oxumağı tövsiyə edərək onları müstəqil Azərbaycanın inkişafı yolunda fəal və mübariz olmağa səslədi.