28 may Azərbaycan Xalq Cümhuriyyəti günü

Mayın 27-də 179 №-li məktəbdə Müsəlman Şərqində ilk Demokratik Cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbir Məmmədova Yeganə müəllimin təşkilatçılığı və 7b sinif şagirdlərinin iştirakı ilə həyata keçirildi. Şagirdlər ölkəmizə, şanlı bayrağımıza, müstəqilliyimizə aid seir və mahnılar ifa etdilər. Son olaraq məktəbin direktoru İsmayılova Almaz xanım öz çıxışında vətənimizin təbliği, gənc nəslin tərbiyəsi və tariximizin öyrənilməsinin əhəmiyyəti barədə danışdı. Tədbir şagirdlərin ifa etdiyi "Türkün bayrağı" mahnısı ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi