Vətənpərvərlik qanımızdadır.

Binəqədi rayon İcra Hakimiyyəti başçısının 18 aprel 2017-ci il tarixli sərəncamı ilə rayonun mədəni kütləvi tədbirlərində yaxından iştirak edən məktəblərin 1 qrup şagirdinə təşəkkür elan edilmiş, gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsnin baş məsləhətçisi Elnur Məmmədov 179 nömrəli tam orta məktəbdə keçirilən görüşlərdə iştirak etmişdirlər. E.Məmmədov istedadlı şagirdlərin vaxtında aşkarlanması, dəstəklənməsi və yaradıcılıq potensiallarının inkişaf etdirilməsindan danışaraq, gənclərin tərbiyəsinə, vətənpərvərlik hisslərinin aşılanmasına xüsusi diqqət yetirdiyinə görə məktəb rəhbərliyinə və tədbirlərdə fəal iştiraklarına görə şagirdlərə Rayon İcra Hakimiyyəti başçısının təşəkkürünü çatdırdı. Görüşdə çıxış edən müəllim və şagirdlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz minnətdarlıqlarını bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi