QORXMAZ BAXŞIYEVİN ANIM GÜNÜ

 16 may 2025-ci il tarixində məktəbin Rus dili və Ədəbiyyatı müəllimi Zabitə Tağıyevanın təşkilatçılığı ilə şəhid Qorxmaz Baxşıyevin xatirəsinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Məktəb rəhbərliyi, şagirdlər, valideynlər, şəhidin nəvəsi polkovnik-leytenant Vaqif Yunusov və şəhid ailələri iştirak etdilər. Əvvəlcə Dövlət Himni səsləndirildi, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra şagirdlərin ifasında vətənə, şəhidlərə həsr olunmuş şeir nümunələri dinlənildi, ədəbi- bədii kompozisiya nümayiş olundu. Şəhidin nəvəsi Vaqif Yunusov və qızı Zabitə Tağıyeva qəhrəmanla bağlı öz xatirələrini bölüşdülər. Tədbir məktəbin direktoru Həqiqət Bayramovanın vətənin azadlığı uğrunda canını qurban vermiş şəhid oğullarınn vətənpərvərliyi və igidliyindən bəhs edən çıxışı ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi