"Dəyərlərimizi qoruyaq!"

15.05.2025 ci il tarixində məktəb kitabxanası və "Poeziya yarpaqları" ədəbiyyat dərnəyi "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində Azərbaycanın milli mətbəxi, milli musiqi alətləri, Azərbaycan xalçaçılığı ilə bağlı sərgi təşkil etmişdir. Sərgidə musiqi alətləri, onları əks etdirən kitablar rəsmlər, stendlər nümayiş etdirildi. Peşə təmayüllü sinfin şagirdi milli yeməklərin hazırlanması haqqında məlumat verdi şagirdlərin ifasında musiqilər səsləndirildi. Sonda dərnək üzvlərinin təqdimatında Sərgi iştirakçılarına Ailə dəyərlərimizin qorunması,milli adət ənənələrimizi özündə əks etdirən səhnəciklər təqdim olundu.