"Ailəm və məktəbim" layihəsi

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin F-145 əmrinin icrasını təmin etmək məqsədilə məktəbdə "Ailəm və məktəbim" layihəsi əmrə əlavə olunmuş Tədbirlər Planına uyğun həyata keçirilir. Ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması, şagirdlərin bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə valideynlərlə görüş təşkil olundu. Görüşdə "Ailəm və məktəbim" layihəsi haqqında məlumat verildi və valideynlərə dərs prosesinin izlənməsi, şagirdlərin nailiyyətləri, davranışları, dərsə davamiyyətləri, intellektual səviyyəsinin yüksəldilməsi yolu ilə şagirdlərin dünyagörüşlərinin təkmilləşdirilməsi, yeniyetmələrlə düzgün ünsiyyət, şagirdlərdə peşəyönümü işinin təşkili ilə bağlı söhbət aparıldı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi