"Kitabsevərlər" layihəsi

"Kitabsevərlər " layihəsinin nəticələrinə əsasən şagirdlər qiymətləndirildi. Məktəbin ibtidai sinif şagirdləri arasında təşkil edilən “Kitabsevərlər” layihəsi iki ay əvvəldən elan edilmişdir. Layihənin yekununda şagirdlərimiz oxuduqları əsərləri yazılı şəkildə təhlil etdilər. Sonda layihəyə qoşulan hər bir şagirdimiz kitab oxumaq dəyərini qazandığı üçün təşəkkürnamə və hədiyyələrlə təltif olundu. Şagirdlərimizə bu dəyəri layiqincə aşıladığı üçün məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini İlahə Orucovaya təşəkkür edirik.