"Konstitusiya və Suverenlik ili" çərçivəsində ekskursiya

"Konstitusiya və Suverenlik ili" çərçivəsində 10.05.2025-ci il tarixində məktəbin 7 "E" sinif şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Ekskursiyada gənclərə müasir və müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu, ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətləri haqqında məlumatlar verildi. Daha sonra şagirdlər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış oldular.