Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü

Məktəbin illik Fəaliyyət Planına uyğun olaraq Ulu Öndər Heydər Əliyev irsi ilə şagirdlərin yaxından tanış edilməsi məqsədilə Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar olaraq mayın 8-də məktəb kitabxanasının və tarix müəllimlərinin təşkilatçılığı ilə Ulu Öndərə həsr olunmuş dəyirmi masa və xüsusi dərslər təşkil edilib.