"Dəyərlərimizi qoruyaq!"layihəsi

07.05.2025 ci il tarixində məktəbin "Poeziya yarpaqları" ədəbiyyat dərnəyi və məktəbin kitabxanasının birgə təşkilatçılığı ilə "Dəyərlərimizi qoruyaq!"layihəsi çərçivəsində tədbir keçirildi. Dərnək üzvlərinin təqdimatında Azərbaycan xalq nağılları motivləri əsasında nağıl tamaşa məktəb ictimaiyyətinə təqdim edildi. Şagirdlərin obrazlara yanaşması və müxtəlif səhnəciklərin nümayiş olunması məktəbəhazırlıq qrupları tərəfindən maraqla qarşılandı