Gül bayramı

2004 ildən başlayaraq, hər il 10 may tarixində Azərbaycanda Gül Bayramı keçirilir – bu bayram Respubikanın ümummilli lideri Heydər Əliyevin ad gününə həsr olunur. Gül bayramı ərəfəsində bir sıra silsilə tədbirlər keçirilir.Bu tədbirlərdən biri də 07.05.2025-ci il tarixində məktəbin "Gənc ekoloqlar" dərnəyinin rəhbəri Mirgüllər Xəlilova və texnologiya müəllimi Şəlalə Quliyevanın birgə təşkilatçılığı ilə keçirilən güləkmə aksiyası oldu. Məktəbin həyətyanı sahəsinə müxtəlif rəngdə çiçəklənən ağac və qızılgül kolları əkildi.