"Konstitusiya və Suverenlik İli" çərçivəsində ekskursiya

 “Konstitusiya və Suverenlik İli" çərçivəsində məktəbin tarix müəllimi Leyli Eyvazovanın təşkilatçılığı və 5 "Q" sinif şagirdlərinin iştirakı ilə Azərbaycan Tarix Muzeyinə ekskursiya təşkil olundu. Məqsəd şagirdlərin tariximiz haqqında daha dərin bilikləri mənimsəməsi və dünya görüşlərinin artırılması idi. Muzey bələdçisi tərəfindən şagirdlərə muzeyin hər bir guşəsi haqqında əraflı məlumat verildi. Muzeyin yaranma tarixi, məqsədi, muzeyi təşkil edən otaqlar, yazılar və naxışlarla bəzədilmiş Şərq və Qərb üslublu zallar ətraflı şəkildə şagirdlərə təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi