Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü

23 Aprel- Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar kitabxana müdiri Kəmalə Salamova və kitabxanaçı İradə Əliyeva məktəb kitabxanasında sərgi və dəyirmi masa təşkil edib. Mütaliyəyə diqqətin artırılması məqsədi daşıyan tədbirdə Azərbaycan dili və ədəbiyyat müəllimi Nailə Nəbiyeva və şagirdlər iştirak ediblər. Tədbirdə bu günün tarixi haqqında məlumat verilib, mütaliə etməyin faydaları haqqında danışılıb. Şagirdlər kitaba aid aforizmlər,şeirlər söyləyib.