"Aprel döyüşləri"nin ildönümünə həsr olunmuş tədbir

4 aprel 2025-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tutu Əsayevanın təşkilatçılığı ilə  məktəbdə 2016-cı il Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış Emin Bağırovun və Fəxrəddin Qurbanlının anım gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti nümayəndələri, Vətən müharibəsi iştirakçıları və məktəb rəhbərliyi,şəhid ailələri, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Məktəbin direktoru Həqiqət Bayramova şəhid ailələrinə hörmət və ehtiramını bildirərək, gənc nəslin vətənpərvər, vətənə, sevgi ruhunda böyüməsində təhsilin rolundan, məktəbin şəhid məzunlarının həyatından məlumat verdi.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək qeyd etdi ki, Aprel döyüşləri  Azərbaycan xalqının qəhrəmanlığını, sarsılmazlığını nümayiş etdirirdi. Şəhid ailələri adından çıxış edən şəhid Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı tədbirin təşkil olunmasına görə məktəb rəhbərliyinə təşəkkürünü bildirdi.
Tədbir məktəbin şagirdlərinin hazırladığı musiqi və şeir kompazisiyaları ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi