Torpaq çərşənbəsi və Novruz bayramı qeyd olundu

Martın 18 – də məktəbdə Torpaq çərşənbəsi və Novruz bayramı qeyd olundu.Bayram şənliyində məktəbin şagird və müəllim kollektivi iştirak etdilər.Şagirdlərin bahar ətirli nəğmələri,rəqsləri, Kosa və keçəlin gəlişi şənliyi daha da rəngarəng etdi. Şagirdlər əsl bayram əhval-ruhiyyəsini yaşadılar. Məktəbin həyətində bayram tonqalı alovlandı.Tədbirin sonunda şagirdlər tonqalın ətrafında yallı getdilər.