Yel çərşənbəsi qeyd olundu

11.03.2025-ci il tarixində "Poeziya yarpaqları" ədəbiyyat dərnəyinin rəhbəri Pakizə Seyidovanın təşkilatçılığı və dərnək üzvlərinin iştirakı ilə Yel Çərşənbəsi qeyd olundu. Tədbir zamanı şagirdlər Novruzun dörd əsas çərşənbəsindən biri olan Yel Çərşənbəsinin mahiyyəti haqqında məlumat əldə etdilər. Onlar küləyin təbiətdə oynadığı rol, havaların isinməsi və baharın gəlişi ilə bağlı inanclar haqqında maraqlı çıxışlar etdilər. Novruz şeirləri səsləndirdilər.