İDMAN HƏFTƏSİNDƏ "ƏN SÜRƏTLİ ŞAGİRD" QAÇIŞ YARIŞI KEÇİRİLİB

6 mart 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə ümumi təhsil müəssisələrində keçirilən "İdman həftəsi" layihəsi çərçivəsində şagirdlər arasında “Ən sürətli şagird” qaçış yarışı keçirilib. Fiziki tərbiyə müəllimləri tərəfindən keçirilən yarışda 60 və 100 metrədək məsafəyə qaçan şagirdlər arasında qaliblər müəyyən olunub. Qeyd edək ki, layihənin keçirilməsində məqsəd şagirdlərdə sağlam həyat tərzinin formalaşmasında əsas rol oynayan idmanın təbliğidir.