İdman həftəsində səhər gimnastikası

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 28.02.2025-ci il tarixli 3-29-69/3-2-06F/ 2025 nömrəli əmri ilə 4-10 mart 2025- ci il tarixlərində idman həftəsinə start verilib. 5 mart 2025-ci il tarixində məktəbdə fiziki tərbiyə müəllimlərinin rəhbərliyi ilə VII sinif şagirdləri "Səhər gimnastikası" edib. Gimnastika təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı məqsədilə keçirilib.