"Ən yaxşı monoloq"müsabiqəsi keçirildi

“Konstitusiya və Suverenlik ili” çərçivəsində məktəbin "Poeziya yarpaqları" ədəbiyyat dərnəyinin rəhbəri Pakizə Seyidovanın təşkilatçılığı ilə müsabiqə keçirildi. Müsabiqə “Ən yaxşı monoloq, səhnəcik" nominasiyası üzrə təşkil edilmişdir. Şagirdlərin ifasında nümayiş etdirilən monoloqlar, səhnəciklər eləcə də səsləndirilən mahnılar münsiflər heyyəti tərəfindən dinlənilərək fərqləndirildi və I,II, III yerlər üzrə seçim edildi. Nəticələrə əsasən, məktəb rəhbərliyi tərəfindən I yer Fəxri Fərman,digər yerlər Təşəkkürnamə ilə təltif olundu.