Valideyn komitəsi sədrlərinin iştirakı ilə iclas keçirildi.

4 mart 2025-ci il tarixində məktəb rəhbərliyi tərəfindən valideyn komitəsi sədrlərinin iştirakı ilə iclas keçirilib. İclasın çağırılmasının əsas məqsədi qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə valideynlər tərəfindən rəhbərlik, sinif rəhbəri, fənn müəllimlərinin bayramla əlaqəli maddi və ya qeyri-maddi nemətlər təqdim edərək təbrik etməsinin yolverilməzliyi haqqında məlumatlandırmaq olmuşdur. İclasda məktəbin direktoru Həqiqət Bayramova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təqdim edilən məktubu valideynlərin nəzərinə çatdırmışdır. Valideynlər iclasın protokolunu öz imzaları ilə təsdiq ediblər.