1Mart- Mülki Müdafiə Günü

Məktəbdə “1 Mart Ümumdünya Beynəlxalq Mülki Müdafiə Günü” qeyd olundu. Məktəbin Mülki Müdafiə tədbirlər Planına əsasən “Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş xüsusi dərs keçirildi. İlk öncə məktəbin hərbi rəhbəri Sənan Məmmədov şagirdlərə yanğın, zəlzələ, qasırğa və s. kimi təbii fəlakətlər zamanı təxliyə olunma, ilk tibbi yardım haqqında hansı tədbirlərin görülməsi ilə bağlı onlara əməli – nəzəri məlumatlar verdi. Mülki Müdafiənin əhəmiyyəti, vəzifələri, fövqəlada hallara qarşı necə hazırlıqlı olmağın yolları haqqında məlumat şagirdlərin diqqətinə çatdırıldı