"Xocalı soyqırımı- Unutmayaq!" mövzusunda dəyirmi masa

26 Fevral 2025-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Arzu Məmmədovanın təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirildi. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər həmin gecə dinc əhalinin başına gətirilən müsibətlərdən, azğınlaşmış erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikdən söz açdılar. Bildirildi ki, tarixin ədalətsizlik və haqsızlıq rəmzinə çevrilmiş Xocalı soyqırımı xalqımızın qan yaddaşında əbədi yer tutur, Azərbaycan xalqı o dəhşətli faciədən 33 il ötməsinə baxmayaraq həmin gecənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, fəlakətin səbəbkarlarına dərin nifrətini bildirir, həlak olanların xatirəsini dərin ehtiramla yad edir.