Bullinq mövzusunda seminar

Məktəbdə sağlam sosial-emosional mühitin formalaşdırılması, şagirdlərin bullinqə daha çox məruz qalması hallarının vaxtında aşkar olunması üçün bir sıra profilaktik və maarifləndirici tədbirlər həyata keçirilir. Bu məqsədlə VII sinif şagirdləri ilə seminar keçirildi.Şagirdlər bullinqin nə olması, sağlamlığa göstərdiyi mənfi zərərləri haqqında geniş şəkildə maarifləndirildi. Sonda şagirdlərə bullinqə məruz qaldıqda necə davranmaq və kimlərə müraciət etmək haqqında tövsiyələr verildi.