21 Fevral- Beynəlxalq Ana Dili Günüdür.

20.02.2025-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səadət Vəliyevanın təşkilatçılığı və 7 "F" sinfinin iştirakı ilə “21 Fevral - Beynəlxalq Ana Dili Günü” münasibətilə tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir şagirdlərin ifasında Azərbaycanın görkəmli yazıçılarının əsərlərinə istinadən hazırlanmış şeirlər, rəqs və musiqi nömrələri ilə davam etdi. Ana dilimizin dövlət dili statusuna yüksəlməsi istiqamətində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən söz açıldı, onun hələ sovetlər dönəmində ana dilimizin inkişafı uğrunda apardığı uzaqgörən siyasəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verildi. Sonda məktəbin direktoru Həqiqət Bayramova çıxış edərək qeyd etdi ki, ana dili hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Beynəlxalq Ana Dili Gününün qeyd edilməsində məqsəd şagirdlərə dilimizə sevgi və hörmət hissini aşılımaqdır.