14 Fevral- Beynəlxalq Kitab Bağışlama Günüdür

Fevralın 14- ü Beynəlxalq kitab bağışlama günüdür. Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. Bu gün münasibətilə məktəbin ibtidai siniflərində şagirdlərin bir-birinə kitab bağışlama ideyası həyata keçirilib.Şagirdlər böyük həvəslə yoldaşlarına kitab hədiyyə ediblər. Bu təşəbbüs şagirdlərdə kitab oxumağa böyük maraq və sevgi yaradıb.