Naxçıvan haqqında sənədli film izlənilib
"Naxçıvanın ili" aylığı çərçivəsində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Nəzərovanın təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş sənədli film nümayişi keçirilib. Film vasitəsilə şagirdlərə Naxçıvanın geosiyasi mövqeyi, XX əsrin əvvəllərində baş verən siyasi hadisələr və Naxçıvan Muxtar Respublikasının yaradılması haqqında ətraflı məlumat verilib. Eyni zamanda, filmdə Naxçıvanın qədim tarixi, mədəni irsi və tarixi abidələri barədə zəngin görüntülər və məlumatlar təqdim edilib.