1992-ci il 25-26 fevral Xocalı Soyqırımı. Unutmadıq! Unutdurmarıq!

Bu gün Bakı şəhəri Binəqədi rayonu 179 №li tam orta məktəbdə 6f sinfinin “Xocalı Soyqırımı”nın 23-cü il dönümünə həsr edilmiş “Unutmadıq,Unutdurmarıq” adlı tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının dövlət himni və şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad edilməklə başladı.Tədbirdə iştirak edən 6f sinif sagirdləri faciəni özündə əks etdirən şeirlərlə, mahnılarla, səhnəciklərlə bir daha bu hadisəni yaddaşlarında həkk etdiklərini sübut etdilər. Tədbirin ən yadda qalan hissəsi “Ana harayı” adlı səhnəsi oldu. Səhnəni şagirdlər çox məharətlə ifa etdilər. Belə ki, səhnəcikdə övladını ölmüş bilən ananın harayı hissəsi qonaqlara və müəllimlərə bir daha həmin faciənin ağrılarını yaşatdı. Tədbirdə həmçinin “Döyüşlərə qalxan vədəmdir” adlı şeir kompozisiyası da şagirdlərin ifasında çox maraqlı səsləndi. Şəhidlərin ruhuna şamlar yandırıldı və məktəbin foyesində şagirdlərin Xocalı Soyqırımı ilə bağlı çəkdikləri rəsm əsərləri də nümayiş etdirildi. Tədbirin sonunda məktəbin direkoru Kəmalə xanım Şıxlinskaya çıxış etdi və belə tədbirlərin şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması üçün cox əhəmiyyət daşıdığını söylədi. Kəmalə xanım eyni zamanda tədbiri hazırlayan 6f sinifinin rəhbəri Məhərrəmova Afaq xanıma və şagirdlərə uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi