10 Dekabr- İnsan Hüquqları Günüdür
10 Dekabr Ümumdünya İnsan Hüquqları günüdür. Bu münasibətlə məktəbin "Gənc ekoloqlar" dərnəyinin rəhbəri Mirgüllər Xəlilova dərnək üzvlərinin iştirakı ilə dəyirmi masa təşkil edib. Şagirdlər insan hüquqları və insan haqları, uşaq hüquqları haqqında Konvensiya və təhsil hüquqları haqqında fikirlərini hazırladıqları təqdimatlarla nümayiş etdiriblər. Tədbirin keçirilməsinin əsas məqsədi insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etməkdir