Valideynlərlə psixoprafilaktik görüş keçirildi
3 dekabr 2024-cü il tarixində məktəb rəhbərliyi və psixoloqların iştirakı ilə yuxarı sinif şagirdlərinin valideynləri ilə görüş keçirildi. Düzgün qurulmayan valideyn-övlad münasibətlərindən danışaraq, valideynlərə övladları ilə düzgün ünsiyyət qurmağın yolları barədə tövsiyyələr verildi. Eyni zamanda uşaqların yaş dövrlərini, hər yaş dövründə baş verən dəyişikliklərdən, həmçinin həyati vacib məsələlərdən də söhbət aparıldı. “İntihar nədir?”, “Kimlər intihara cəhd edir?” kimi problemlərdən danışaraq, intiharın proflaktikası izah olundu. Həmçinin narkomaniya və digər zərərli vərdişlərin təsirindən danışıldı. “Narkomaniyanın qurbanları kimlərdir?”, ”Övladlarımızı bu bəladan necə qoruyaq?” kimi məsələlərə toxunuldu. Sonda valideynlər dinlənildi, onların fikirləri öyrənildi və sualları cavablandırıldı. Məqsəd valideynlərin göstərilən promlemlərlə bağlı maarifləndirilməsi idi.