"Narkomaniyaya yox deyək"

  Məktəbin psixoloqları Cəmilə Əlvəndova, Könül Qalamova və UBTR- nin iştirakı ilə 8,9 -cu siniflərdə Narkomaniya, zərərli vərdişlər, hüquq pozuntuları və cinayətkarlıq hallarının qarşısının alınması istiqamətində maarifləndirici söhbətlər aparıldı. Çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar. Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub. Məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi