Ümumdünya Mərhəmət Günü
28.11.2024-cü il tarixində "Gənc ekoloqlar" dərnəyinin rəhbəri Mirgüllər Xəlilova dərnək üzvlərinin iştirakı ilə Ümumdünya Mərhəmət Gününə həsr olunmuş “Təbiətə mərhəmət” adlı dərs təşkil edib. Dərsdə uşaqlar təbiətin ecaskar dünyasına virtual səyahət ediblər. Təbiətin insan həyatındakı rolundan bəhs olunub. Bildirilib ki bəşəriyyətin tarixi təbiət tarixi ilə qırılmaz şəkildə bağlıdır. İnsanlar yaxın gələcəkdə təbiətə qayğı göstərməyi öyrənməsələr, özlərini məhv edəcəklər. Bunun üçün isə ekoloji mədəniyyət və məsuliyyət tərbiyə etmək lazımdır.