"Sağlam qidalan,sağlam yaşa!" mövzusunda tədbir
“Sağlam qidalan, sağlam yaşa!” mövzusunda maarifləndirici tədbir
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 5 noyabr 2024-cü il tarixdə məktəbdə pedaqoji kollektivin iştirakı ilə “Sağlam qidalan, sağlam yaşa!” mövzusunda dəyirmi masa təşkil edilib. Əsas məqsəd sağlam həyat tərzi və sağlam qidalanma ilə bağlı məlumatlılığı artırmaqdır. Fiziki aktivliyə hər gün vaxt ayırmaq tövsiyə edilib. Həmçinin düzgün və balanslı qidalanma, qida təhlükəsizliyi və qida etiketləri, sağlam qidalanma qaydaları barədə ətraflı məlumat verilib. Sonda müəllimlərlə bu mövzuda anket sorğu aparılıb