"Yaşıl dünya naminə həmrəylik ili" nə həsr edilmiş tədbir

29.10.2024-cü il tarixdə məktəbin “Poeziya yarpaqları” ədəbiyyat dərnəyinin rəhbəri Pakizə Seyidova və Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Söhbətovanın təşkilatçılığı ilə "Yaşıl Dünya naminə həmrəylik" ilinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Binəqədi rayon icra hakimiyyəti nümayəndələri və Ailə Qadın və Uşaq Problemləri üzrə İctimai Şuranın sədri Arzu Əliyeva iştirak edirdi. Təbiəti qorumaq naminə həmrəy olmağın ən vacib xüsusiyyətləri şagirdlərin maraqlı çıxışlarında, səhnələrində, ifa və rəqslərində möhtəşəm şəkildə təqdim olundu. Tədbirin yüksək səviyyədə ərsəyə gəlməsində dəstəyi olan valideynlərdən Dilşad Ağayeva məktəb rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif olundu