Ekologiya aylığı
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 15.03.2024-cü il tarixli, 3-29/3-145F/2024 nömrəli əmri ilə təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq məktəbin texnologiya müəllimi Gülnar Salehova 6 ə sinfində “Dibçək güllərinə necə qulluq etməli ?" mövzusunda dərs keçirib. Dərsdə şagirdlər dibçək güllərinə necə qulluq edilməsi ilə bağlı təqdimatlarla çıxış ediblər. Məqsəd əkilən güllərə və bitkilərə qulluq edilməsi qaydasını şagirdlərə öyrətmək olub.