Dərsdinləmələr davam edir
Məktəbin Fəaliyyət Planına uyğun olaraq təlim-tərbiyə işləri üzrə direktor müavini Nəsirov Xalid tərəfindən dərslər müntəzəm olaraq dinlənilir. Növbəti dərsdinləmə 23.10.2024 tarixində 2f sinfində oldu. Dərsdinləmədə əsas məqsəd tədrisin keyfiyyətinə nəzarət etmək, müəllimlərin peşəkar fəaliyyətinə dəstək olmaq, şagirdlərin dərsə marağının nə dərəcədə olduğunu bilmək və tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.