Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya

    Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəblilərin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyası təşkil olundu. Ekskursiyada məktəbin 7 "F" və 8"Ç" sinif şagirdləri də iştirak etdilər. Bələdçilər ekskursiyada şagirdlərə Qız Qalası haqqında ümumi məlumat verdilər. Eyni zamanda şagirdlər Qız Qalasının daxilində yeni yaradılmış müasir muzey ekspozisiyası ilə tanış oldular. Həmçinin Şirvanşahlar Sarayı Kompleksi, Qoşa Qala Qapıları və Qala divarları ilə tanış olan şagirdlərə bu abidələrin memarlıq üslubu izah olundu. İçərişəhərə təşkil olunan ekskursiya məktəblilər üçün yadda qalan olmaqla, onların xüsusi marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi