27 Sentyabr - Anım Günü
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tutu Əsayevanın təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir təşkil olunub. Əvvəlcə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Anım Günü barədə şagirdlərə ətraflı məlumat verilib. Tədbirdə məktəbin tarix müəllimi Familə Abdullayeva Vətən Müharibəsində qazanılan qələbədən sonra Qarabağda böyük abadlıq və quruculuq işlərinin başlanması, işğaldan azad edilən torpaqlarımızın yenidən bərpa olunması, dövlət başçısının Sərəncamına əsasən, hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə məlumatları şagirdlərin diqqətinə çatdırıb. Sonda şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib.