20 Sentyabr Dövlət Suverenliyi Günüdür

 Qarabağ zəfərinin davamı olaraq, 19-20 sentyabr 2023-cü il tarixində Azərbaycan Ordusunun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə hər il 20 sentyabr tarixi ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Məktəbdə keçirilən tarix dərslərində bu günün önəm və əhəmiyyəti, ordumuzun bizlərə qazandırdığı tarixi qələbə bir daha şagirdlərin diqqətinə çatdırıldı. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi