Tariximiz milli sərvətimizdir
27-02-2017 tarixində Binəqədi rayonu 179 saylı tam orta məktəbin tarix müəllimi R.Fəridə Azərbaycan Mədəniyyəti və Etnoqrafiyası aylığına həsr olunmuş "Azərbaycanın Məişət və Mədəniyyəti" adlı tədbir keçirmişdir. Tədbirdə xalqımızın milli geyimləri, adət-ənənələri, milli mətbəximiz ,milli musiqimiz və tariximiz haqqında etnoqrafik məlumat verildi və videoçarx təqdim edildi.Bununla yanaşı təşkil olunmuş kiçik muzeydə qədim xalçalar,misdən hazırlanmış qədim əşyalar və tikmə sənətinin müxtəlif nümunələri nümayiş etdirildi.