"Son Zəng" tədbiri
İyunun 14-də məktəbdə “Son Zəng” tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər, şəhid ailələri iştirak edib. Tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Həqiqət Bayramova tədbiri açıq elan edərək sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar arzulayıb. Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib. mahnı və rəqslərdən ibarət maraqlı proqram nümayiş etdirilib. Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri Fərmala təltif olunub. Simvolik “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olunub. Sonda “Son Zəng” çalınıb.